Şəki şəhərində veteranların asudə vaxt mərkəzi istifadəyə verilmişdir
Noyabrın 19-da Şəki şəhərində, M.Füzuli adına mədəniyyət və istirahət parkının ərazisində veteranların asudə vaxt mərkəzi istifadəyə verilmişdir.
Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, başçının müavinləri, şəhər icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyətin nümayəndələri və veteranlar iştirak etmişlər.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov veteranları mərkəzin açılışı münasibətilə təbrik etmiş, respublikamızda, o cümlədən Şəkidə müharibə, silahlı qüvvələr və əmək veteranlarına göstərilən diqqət və qayğıdan söz açılmışdır. Qeyd olunmuşdur ki, veteranların asudə vaxtının səmərəli təşkili baxımından mərkəzin istifadəyə verilməsinin böyük əhəmiyyəti var və gələcəkdə də onların ehtiyaclarının ödənilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Veteranlar Şurası Şəki Təşkilatının sədri Mustafa Əhmədov, eləcə də çıxış edən veteranlar göstərilən diqqət və qayğıya görə ölkə başçısına, həmçinin rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Sonra tədbir iştirakçıları yeni istifadəyə verilən mərkəzə baxış keçirmiş, burada yaradılan şəraitlə tanış olmuşlar.