Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

22 noyabr 2014 | 16:00

Noyabrın 21-də Şəkidə Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini yad etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.
YAP Şəki rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə iştirakçıları təbrik etmişdir. H.Həsənov Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində iqtidar partiyası olaraq Azərbaycanın inkişafı naminə fəaliyyət göstərdiyini, Ümummilli liderin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini bildirmişdir.
Tədbirdə çıxış edən YAP Şəki təşkilatı idarə heyətinin üzvü Südabər İsmayılova partiyanın fəal qadınları adından bütün partiya üzvlərini təbrik etmiş, respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin müsbət nəticələrindən söz açmış, son illərdə qazanılan uğurlardan danışmışdır.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.

Keçidlər