Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici diplomatlar və gənc tədqiqatçılar Şəkidə olublar

24 noyabr 2014 | 16:00

ADA Universitetinin xarici diplomatlar və gənc tədqiqatçılar üçün təşkil etdiyi təlim kursunun iştirakçıları Azərbaycanın mədəni və tarixi irsi ilə tanışlıq məqsədilə respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində noyabrın 22-də Şəkidə olublar.
Qonaqlar əvvəlcə Şəki xanlarının sarayı ilə tanış olublar. Diplomatların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir.
Sonra Kiş kəndindəki qədim alban məbədi ziyarət edilib. Məlumat verilib ki, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilən bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.
Qonaqlar “Şəki-İpək” ASC-nin istehsal etdiyi ipəkçilik məhsulları ilə də tanış olublar. Diqqətə çatdırılıb ki, qədim tarixi-memarlıq abidələri ilə zəngin olan bu şəhər həm də, ipəkçilik diyarı kimi şöhrət qazanıb. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olub.
Şəki ilə tanışlıqdan sonra diplomatlar və gənc tədqiqatçılar Qəbələyə yola düşüblər.

Keçidlər