Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki məktəbliləri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənirlər

25 noyabr 2014 | 16:00

Xalqımızın Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi məqsədilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında müəyyən olunmuş mövzular üzrə açıq tarix dərsləri davam etdirilir.
Noyabrın 24-də Mərkəzdə keçirilən növbəti açıq dərsdə şəhərdəki 6 nömrəli və Aşağı Layısqı kənd tam orta məktəblərin şagirdləri iştirak ediblər. Tarix müəllimi Nəzakət Hüseynovanın tədris etdiyi açıq dərs “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusuna həsr olunub.
Tədris prosesində şagirdlərə Ulu Öndərin Azərbaycanda bazar iqtisadiyyatına keçidi şərtləndirən fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra iqtisadiyyatda bazar münasibətlərinin təşəkkülü prioritet istiqamət elan olunub, dünya iqtisadiyyatına inteqrasiya, xarici sərmayədarların ölkəyə cəlb edilməsi sürətlənib, ölkədə makroiqtisadi sabitlik yaradılıb.
Şagirdlərə məlumat verilib ki, məhz Ulu Öndərin siyasi uzaqgörənliyi və gərgin zəhməti sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb və bununla da ölkəmizdə milli neft strategiyasının əsası qoyulub.
Tədris prosesində şagirdlər, həmçinin ölkə iqtisadiyyatının liberallaşdırılması və özəlləşdirilməsi, aqrar sahədə islahatların həyata keçirilməsi, “Şərq-Qərb nəqliyyat dəhlizi” ideyasının reallaşdırılması və digər məsələlər barədə dolğun məlumatlar əldə ediblər.

Keçidlər