Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə gənclərin könüllülük üzrə birinci regional forumu keçiriləcək

27 noyabr 2014 | 16:00

Noyabrın 28-29-da Şəki şəhərində gənclərin könüllülük üzrə birinci regional forumu keçiriləcək.
Şəki Şəhər İcra Hakimiyyəti, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi, Yeni Azərbaycan Partiyası Şəki təşkilatı və şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək forum “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndinin icrasına uyğun olaraq, gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi məqsədi daşıyır.
Forumda Şəki şəhərinin, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının gənclər və idman idarələrinin rəhbərləri, fəal gənclər, gənclər təşkilatlarının üzvləri, həmçinin dövlət qurumlarının, respublikanın nüfuzlu gənclər təşkilatlarının rəsmiləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
Forumun rəsmi açılış mərasimi noyabrın 28-də Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. Sonra tədbir panellər üzrə işini davam etdirəcək. Forumun ilk günündə “Könüllü kimdir?” və “Regionda gənclərin sosial inkişafı və məşğulluğu” mövzuları üzrə müzakirələr aparılacaq. Forumun noyabrın 29-da keçiriləcək üçüncü panel iclası isə “Gənclərin ətraf mühitin qorunmasında könüllülük fəaliyyəti” mövzusuna həsr olunacaq.
Forumun işində fəal iştirak edən gənclər təşkilatçı qurumlar tərəfindən diplomlarla mükafatlandırılacaqlar.

Keçidlər