Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Fazıl və İbrahim kəndlərinin sakinləri üçün səyyar qəbul

30 noyabr 2012 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 29-da Fazıl və İbrahim kəndlərinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında həmin kəndlərin ağsaqqalları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri də iştirak etmişlər.
Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Bununla yanaşı, şəhər, qəsəbə və kəndlərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, Fazıl və İbrahim kəndlərinin ərazisindəki həlli vacib məsələlərə də toxunulmuşdur.
Kənd icra nümayəndəsi İlqar Məmmədov nümayəndəlik üçün inzibati idarə binası, məktəb direktoru Ramiz Yunusov İbrahim kənd orta məktəbi üçün yeni bina tikilməsi, sakinlərdən Nurməmməd Orucov İbrahimkənd də poçt şöbəsi açılması, əhalinin internetden istifadəsinə kömək göstərilməsi, Gülşən Orucova evinə qaz xətti çəkilməsi, İsmayıl Əyyubov ərazidəki kəndlər arasında torpaqların sərhədlərinin dəqiqləşdirilməsi, Xızır Məmmədov Fazıl kəndində yeni artezian quyusunun qazılması, Əbülfət Səmədov yaşadığı küçəyə su xətti çəkilməsi, Eldayə Məmmədova “Təpəbaşı” nekropolunun ətrafının abadlaşdırılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.
 

Keçidlər