Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə əlillərin problemlərinin həlli diqqət mərkəzindədir

03 dekabr 2014 | 16:00

Şəkidə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin yerləşdiyi binada keçirilən tədbirdə ictimai birliyin rayon şöbəsinin sədri Məmmədnuru Əzizov əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə danışmışdır. Bildirmişdir ki, hazırda rayonda 10 min nəfərdən artıq əlil yaşayır. Əlillərin mənzil şəraitini yaxşılaşdırması, onların reabilitasiyasının təşkili, minik avtomobilləri ilə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilmişdir.
Tədbirin sonunda şəhər icra hakimiyyəti tərəfindən bir qrup Qarabağ müharibəsi əlilinə maddi yardım göstərilmişdir. Əlillər göstərilən diqqət və qayğıya görə ölkə başçısına, həmçinin rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Bundan əlavə, Beynəlxalq Əlillər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki rayonu üzrə 200 əlilə maddi yardım verilmişdir.

Keçidlər