Şriftin ölçüsü :

Saytın rəngi :

Fazıl kəndində səyyar qəbul-görüş

04 dekabr 2014 | 16:00

Dekabrın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İbrahimkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi Fazıl kəndində sakinlərlə görüşmüşdür.
   Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
   Görüşün əvvəlində kəndin ərazisində son vaxtlar görülmüş işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Şəki-Oğuz şossesindən Aydınbulaq kəndinə gedən yolun Fazıl kəndi ərazisindən keçən hissəsi əsaslı təmir olunmuş, kəndə təbii qaz verilmiş, tibb məntəqəsi üçün yeni bina istifadəyə verilmişdir.
    Fazıl kənd sakinləri Nasir Kərimzadə, Elçin Qəhrəmanov, Fərman Məmmədov və başqaları çıxış edərək Fazıl kəndində poçt şəbəsinin açılması,  artezian quyusunun qazılması,  kənd ümumi orta məktəbinin əsaslı təmiri, yararsız elektrik dirəklərinin dəyişdirilməsi, əhalinin pay torpaqlarından zəbt kimi çıxılmış 66 hektar torpaq sahələrinə hüquqi sənədlərin verilməsi və sairə ilə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
   Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər