Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin əziz xatirəsi Şəkidə ehtiramla anılıb

12 dekabr 2014 | 16:00

Ümummilli liderimiz Heydər Əliyevin əziz və nurlu xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılmışdır.
Ulu öndərin vəfatının on birinci ildönümü ilə əlaqədar dekabrın 1-dən başlayan xatirə ongünlüyü çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, təhsil və mədəniyyət müəssisələrində bədii qiraət müsabiqələri, sərgilər, görüşlər təşkil olunmuşdur. Bu tədbirlərdə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Heydər Əliyevin yorulmaz fəaliyyətinin ən müxtəlif məqamlarına toxunulmuş, ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunmuşdur.
Dekabrın 12-də isə şəhər saatlarından başlayaraq şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, gənclər, ictimaiyyətin təmsilçiləri ulu öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

Keçidlər