Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə uşaq bağçalarının maddi-texniki bazası möhkəmləndirilir

22 dekabr 2014 | 16:00

Əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni ilin gəlişi ərəfəsində Şəki şəhərindəki 17 nömrəli körpələr evi-uşaq bağçasının balaca sakinləri çox dəyərli bayram hədiyyəsi alıblar.
Bağçada dövlət vəsaiti hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb və bu tərbiyə ocağı dekabrın 22-də yenidən balacaların istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Şəki Şəhər İcra Haimiyyətinin başçısı Elxan Usubov son illər Şəkidə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə danışıb. Bildirilib ki, bu bağça 2014-cü ildə Şəkidə əsaslı təmirdən sonra istifadəyə verilən sayca üçüncü bağçadır. Daha bir bağçanın bu günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda Şəki şəhərində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun cəmiyyətə təqdim etdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hər biri 100 yerlik üç uşaq bağçasının tikintisi davam etdirilir. Hər üç bağça 2015-ci ildə istifadəyə veriləcək. Dövlət vəsaiti ilə inşa edilən daha bir bağçada isə hazırda tamamlama işləri görülür.
Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. İki mərtəbəli, 100 yerlik uşaq bağçasında 5 qrup fəaliyyət göstərir. Bağça yeni inventar və avadanlıqla təmin olunub, həyət abadlaşdırılıb.

Keçidlər