Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili seçici: Qadınların bələdiyyələrdə daha çox təmsil olunmasını arzulayıram

23 dekabr 2014 | 16:00

Bu gün Azərbaycan qadınları demokratik cəmiyyətin aparıcı üzvü kimi çıxış edirlər. Onlar ictimai proseslərin fəal iştirakçılarına çevriliblər. Rayonumuzun ictimai-siyasi həyatında da qadınların rolu durmadan artır. Mən də ölkəmizdə keçirilən bu siyasi kampaniyanı kənardan seyr etmək istəmədim. Böyük ruh yüksəkliyi ilə seçki məntəqəsinə gəldim ki, öz seçki hüququmdan istifadə edim, bələdiyyəmizin yeni tərkibinin formalaşmasının iştirakçısı olum. Arzu edirəm ki, qadınlarımız bələdiyyələrdə daha çox təmsil olunsunlar. Çünki qadınlar sosial məsələlərin həllinə daha həssaslıqla yanaşırlar.
Bu sözləri 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının 8 saylı məntəqəsində səs verən şəhərdəki 1 nömrəli peşə məktəbinin müəllimi İradə Həmidova AzərTAc-a müsahibəsində söyləyib.
Seçici bildirib ki, vətəndaşların sərbəst şəkildə öz seçimlərini etmələri üçün məntəqədə hər cür şərait yaradılıb. Komissiya üzvləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Səsvermə prosesi şəffaf şəraitdə keçir.
İradə Həmidova seçicilərin istək və arzularını həyata keçirə biləcək ən layiqli namizədlərə səs verdiyini bildirib.

Keçidlər