Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə əlillərin problemlərinin həlli diqqət mərkəzindədir

04 dekabr 2012 | 16:00

Şəkidə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə danışmışdır. Bildirmişdir ki, hazırda rayonda 10 min nəfərə yaxın əlil yaşayır. Onlardan 139-u Qarabağ müharibəsi, 70-i Çernobıl əlili, 348-i isə gözdən əlillərdir. Əlillərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə son illər rayonda mənzillərinin ümumi sayı 78-ə çatan 3 bina, habelə kəndlərdə 10 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Şəki şəhərində fəaliyyət göstərən əlillərin reabilitasiya mərkəzində hər il onlarla əlil davamlı olaraq müalicə edilir.
Tədbirin sonunda şəhər icra hakimiyyəti tərəfindən bir qrup Qarabağ müharibəsi əlilinə maddi yardım göstərilmişdir. Bundan əlavə, Beynəlxalq Əlillər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki rayonu üzrə 90 əlilə maddi yardım verilmişdir.
 

Keçidlər