Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə gənclərin hərtərəfli inkişafına xidmət edəcək yeni infrastruktur yaradılır

13 yanvar 2015 | 16:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq, Şəkidə gənclərin hərtərəfli inkişafına xidmət edəcək yeni infrastruktur yaradılır.
Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şəki şəhərində inşa olunan Gənclər evi gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə geniş xidmətlərin göstərilməsini təmin edəcəkdir. Burada gənclərin asudə vaxtlarının səmərəli təşkili və ahəngdar inkişafı üçün hər cür şərait yaradılacaqdır.
Tikinti işlərini yerinə yetirən “Bakinşaat GROUP” MMC-nin iş icraçısı Sabir Məmmədov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, dövlət vəsaiti hesabına inşa edilən binanın tikintisinə ötən ilin aprelində başlanılıb. Üçmərtəbəli binanın zirzəmi hissəsində fitnes klub, masa üstü oyun otaqları, bilyard zalı fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində internet-kafe, kafe-bar, xidməti və iş otaqları yerləşəcək. Bu mərtəbədə, həmçinin qonaqların qalması üçün otaqlar da nəzərdə tutulub.
Binanın ikinci mərtəbəsində fəaliyyət göstərəcək dərnək, peşəyönümlü məsləhət otaqları, vətənpərvərlik klubu, kitabxana, emalatxana, bilavasitə gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bu mərtəbədə, həmçinin sərgi zalı və sosial-psixoloji reabilitasiya xidməti otaqları da fəaliyyət göstərəcək.
Binanın üçüncü mərtəbəsindəki 166 yerlik konfrans zalında, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Bu mərtəbədə, həmçinin bufet və toplantı zalları yerləşəcək.
Gənclər evinin 2015-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər