Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili güləşçilər şəhidlərin xatirəsinə həsr olunan turnirdə qüvvələrini sınayıblar

19 yanvar 2015 | 16:00

Yanvarın 17-də Şəki Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında yunan-Roma güləşi üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şəhər turniri keçirilib.
Şəhər gənclər və idman idarəsinin tədbirlər planına uyğun olaraq keçirilən birincilikdə 12 çəki dərəcəsi üzrə 50-dək idmançı mübarizə aparıb.
Yarışlardan əvvəl 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb, şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim böyük ehtiramla yad edildiyini bildirib.
Turnirin qaliblərinə idarənin diplomları və medallar təqdim olunub.

Keçidlər