Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə maddi yardım edilmişdir

19 yanvar 2015 | 16:00

20 Yanvar faciəsinin  iyirmi beşinci ildönümü ilə əlaqədar yanvarın 19-da Şəki Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri ilə görüş keçirilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilmişdir.
Tədbirdə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açmış, Şəki şəhərində bu istiqamətdə görülən işlərdən danışmışdır.
1990-ci il yanvarın 20-də baş verən hadisələri xatırlayan M.Əzizov xalqımızın qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu vurğulamış, şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd etmiş, ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu və Sovet ordusunun törətdiyi terror hadisələrinə qəti etirazını bildirdiyini diqqətə çatdırmışdır.
    Tədbirin sonunda şəhid ailələrinə şəhər icra hakimiyyətinin adından maddi yardım göstərilmişdir.

Keçidlər