Şriftin ölçüsü :

Saytın rəngi :

Vahid Mustafayevin “Qanlı Yanvar” filmi Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb

21 yanvar 2015 | 16:00

Yanvarın 20-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında kinorejissor və ssenarist Vahid Mustafayevin “Qanlı Yanvar” filminin nümayişi olub.
20 Yanvar hadisələrindən bəhs edən filmə ümumxalq baxışında şəhər rəhbərliyi, ziyalılar, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Filmin nümayişindən əvvəl Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini -  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova tamaşaçılara yeni ekran əsəri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti və dövlətimizin başçısının dəstəyi ilə lentə alınan “Qanlı Yanvar” filmi Vahid Mustafayevin Azərbaycanın ən yeni tarixinə işıq salan ikinci ekran əsəridir. Bundan əvvəl təqdim olunan “Xoca” filmi kimi, bu filmin də ekranlara çıxması Azərbaycanın çoxmilyonlu tamaşaçıları tərəfindən böyük maraqla gözlənilirdi.
Bildirilib ki, filmin süjet xəttində 25 il əvvəl baş verən real hadisələr dayanır. Vahid Mustafayev filmdə canlı şahidi olduğu hadisələri bədii şəkildə səhnələşdirib. Kinorejissor filmin çəkilişində beynəlxalq komanda ilə işləyib. Aktyor truppasına ölkəmizlə yanaşı, Türkiyə, ABŞ, İran və Rusiyadan da yaradıcı heyət dəvət edilib. Türkiyənin tanınmış aktrisası Nebahat Çehre filmdə övladını itirən ana rolunu, məşhur amerikalı aktyor Leyn Devis isə Viktor adlı əcnəbi jurnalistin obrazını canlandırır.
“Qanlı Yanvar” filmi Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər