Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

28 yanvar 2015 | 16:00

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 61 min 231 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 39 min 144 hektarını buğda, 21 min 917 hektarını isə arpa əkinləri təşkil edir.
Əkin zamanı toxumla bağlı yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun taxıl istehsalçılarına 3500 ton yüksək reproduksiyalı toxum paylanılıb. Azərbaycan Prezidentinin müvafiq göstərişinə əsasən, toxumun dəyəri fermerlərə bağışlanılb.
Əkindən sonra taxıl sahələrində yaxşı bitiş alınmışdı. Lakin son vaxtlar havaların yenidən mülayim keçməsi səbəbindən bəzi təsərrüfatların taxıl sahələrində ziyanvericilər həddindən çox artıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. İndiyədək nazirlik tərəfindən dövlət vəsaiti hesabına rayonun təsərrüfatlarında 4667 hektar sahədə taxıl böcəklərinə, 2 min hektar sahədə isə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Hazırda rayonda yaz-tarla işlərinə hazırlıq aparılır. Kənd təsərrüfatı texnikası təmir edilərək saz vəziyyətə gətirilir, mineral gübrə ehtiyatı yaradılır, suvarma işləri üçün arx və kanallarda təmir-bərpa işləri aparılır.

Keçidlər