Şriftin ölçüsü :

Saytın rəngi :

Çeşməli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncağı keçirilmişdir

29 yanvar 2015 | 16:00

Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qrafikə əsasən rayonun qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2014-cü ilin yekunlarına dair keçirilən hesabat yığıncaqlarının sonuncusu yanvarın 29-da Çeşməli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə keçirilmişdir. Yığıncaqda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla şəhər rəhbərliyi, inzibati əraziyə daxil olan kəndlərinin sakinləri iştirak etmişlər.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Zabir İbrahimxəlilovun  2014-cü ilin yekunları ilə bağlı hesabat məruzəsində görülmüş işlər ətraflı təhlil olunmuş, problemlərə toxunulmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Qeyd olunmuşdur ki, inzibati əraziyə daxil olan 2 kənddə 1159 nəfər əhali yaşayır. Nümayəndəliyin ərazisində bir bələdiyyə fəaliyyət göstərir. Son dövrdə Çeşməli kəndində inzibati idarə binası tikilmiş, Çeşməli kənd uşaq bağçası əsaslı təmir olunmuş, kəndə təbii qazın verilişi bərpa olunmuş, qrunt sularının qarşısının alınması məqsədilə 2,5 km kanal qazılmış, 2 km  içməli su xətti çəkilmiş, 2 ədəd bulaq tikilmişdir, həmçinin Öryət kəndinə təbii qaz verilmiş, 1.7 km  içməli su xətti çəkilmiş, 8 km uzunluğunda Öryət-Çeşməli  kəndlərarası  yola qum-çınqıl daşınaraq hamarlanmışdır.
Yığıncaqda çıxış edən sakinlər əhalinin sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən  irəli gələn vəzifələrlə bağlı əraflı məlumat vermiş, xüsusilə də aqrar sahəsinin inkişafı, torpaqların səmərəli istifadə olunması, banklar tərəfindən kreditlərin əsasən istehsal sahələrinə yönəldilməsi, məhsul ixracı və digər məsələlərə toxunmuş, 2015-ci ildə Şəkidə görüləcək işlər, qarşıda duran vəzifələr barədə danışmışdır.
Yığıncaqdan sonra şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov kənd sakinləri ilə görüşmüş, onların problemləri ilə maraqlanmış, qaldırılmış məsələlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər