Şəkidə Azərbaycan Gəncləri Günü qeyd edilmişdir
Şəkidə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə fəal gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyəti baçısının müavini–İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan gənclərinə göstərilən hərtərəfli dövlət qayğısından, gənclərimizin həyatımızın bütün sahələrində göstərdikləri fədakarlıqdan danışıb. Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun artdığı, onların cəmiyyətin fəal qurucularına çevrildikləri, ictimai-siyasi həyatda fəal iştirak etdikləri diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər ölkəmizdə gənclərin inkişafı, dövlət quruculuğu işinə cəlb olunması üçün əlverişli şərait və hüquqi baza yaradıldığını bildirmiş, rayon gənclərinə yeni nailiyyətlər arzulamışlar.
Sonra müxtəlif sahələrdə uğur qazanmış gənclərə diplom və hədiyyələr təqdim olunmuşdur.
Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.