Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəki” qəzetinin 95 illik yubileyi qeyd olunacaq

26 fevral 2015 | 16:00

2015-ci ildə Azərbaycanın ən qocaman mətbu orqanlarından biri olan “Şəki” qəzetinin fəaliyyətə başlamasının 95 ili tamam olur. Bu münasibətlə Şəkidə təntənəli yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub.
Şəki şəhər icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova bildirib ki, qəzetin yubiley tədbiri Azərbaycan Milli Mətbuatının 140 illiyi ərəfəsində keçiriləcək. Tədbirdə Azərbaycan mediası təmsilçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk dövrlərdən nəşrə başlayan “Şəki” qəzeti şərəfli inkişaf yolu keçib. Müxtəlif vaxtlarda “Şəki fəhləsi”, “Nuxa fəhləsi” və digər adlar altında nəşr olunub, 1992-ci ildən isə “Şəki” adlanıb. “Şəki” qəzeti Azərbaycan milli mətbuatının ən gözəl ənənələrini davam etdirib, demokratik fikrin formalaşmasında mühüm rol oynayıb.
Şəhər icra hakimiyyətinin mətbu orqanı olan “Şəki” qəzeti hazırda bu qədim diyarın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklərin geniş oxuculara çatdırılmasında fəal mövqe nümayiş etdirir.

Keçidlər