Şriftin ölçüsü :

Saytın rəngi :

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Şəki şəhərində tədbir keçirilib

06 mart 2015 | 16:00

Martın 5-də Şəki şəhərində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Şəkinin idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyyi tədbirdə çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin Vüqar İskəndərov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, 2014-cü ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edib. Qeyd olunub ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm verən dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviliyinə xidmət edir.
V.İskəndərov ölkəmizdə keçiriləcək I Avropa Oyunları çərçivəsində Şəki şəhərində keçirilən tədbirlərdən də söz açıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sadiq Yusifov  idmançıları əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra idman sahəsində fərqlənən məşqçi və idmançılara gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.

Keçidlər