Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ilə əlaqədar rayon ərazisində yerləşən hərbi hissələrdə zabit və əsgər heyəti ilə görüşlər keçirilmişdir

19 mart 2015 | 16:00

Novruz bayramı ilə əlaqədar şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri Şəki şəhəri ərazisində yerləşən Sərhəd Qoşunlarının, Daxili Qoşunların və Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrində olmuş, zabit və əsgərlərlə görüşmüş,  Novruz arzularını çatdırmış, gətirdikləri bayram sovqatı ilə burada xidmət edən əsgər və zabitləri sevindirmişlər.
Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmiş, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin etimadını doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyəcəklərini, Vətənə sədaqətlə xidmət edəcəklərini, üzərlərinə düşən vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gələcəklərini bildirmişlər.
Görüşlərdə rayonun bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə əsgərlərə bayram əhval-ruhiyyəsi bəxş etmişlər.

Keçidlər