Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dram Teatrında yeni tamaşalar

20 mart 2015 | 16:00

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır.
Əhməd Orucoğlunun “Oğru” pyesi əsasında hazırlanan tamaşa üzərində məşqlər başa çatmaq üzrədir.
Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli bildirib ki, səhnə əsəri martın sonunadək sənətsevərlərə təqdim olunacaq. Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları ifa edirlər.
Onun sözlərinə görə, teatrın yaradıcı kollektivi apreldə ispan yazıçısı Migel de Servantesin “Don Kixot” əsəri əsasında tamaşanın məşqlərinə başlayacaq.

Keçidlər