Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilmişdir

13 dekabr 2012 | 16:00

Ümummilli liderimiz Heydər Əliyevin əziz və nurlu xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılmışdır.
Ulu öndərin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar dekabrın 1-dən başlayan xatirə ongünlüyü çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, təhsil və mədəniyyət müəssisələrində bədii qiraət müsabiqələri, sərgilər təşkil olunmuşdur
Dekabrın 12-də şəhər saatlarından başlayaraq şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, gənclər, ictimaiyyətin təmsilçiləri ulu öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.
Həmin gün Şəki Musiqi Kollecində ümummilli liderin vəfatının doqquzuncu ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbirin əvvəlində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov məruzə ilə çıxış etmişdir. Məruzədə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Heydər Əliyevin yorulmaz fəaliyyətinin ən müxtəlif məqamlarına toxunulmuş, ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunmuşdur. Natiq ümummilli liderimizin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına daim böyük önəm verdiyini bildirmiş, bu xəttin hazırda Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamış, ölkəmizdə sənət adamlarına göstərilən yüksək dövlət qayğısından danışmışdır.
Tədbirdə kollecin xor kollektivinin ifasında ulu öndərə və doğma Vətənə həsr olunmuş mahnılar və şerlər səsləndirilmiş, həmçinin ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.
 

Keçidlər