Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrında yeni tamaşaya ictimai baxış olub

28 mart 2015 | 16:00

Martın 27-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Əhməd Orucoğlunun “Oğru” komediyası əsasında səhmələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçirilib.
Beynəlxalq Teatr Günündə keçirilən premyerada ictimaiyyətin nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Əbülfət Salahov, rəssamı Tural Möyüfov, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Briliant Musayeva, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa ediblər. İlk tamaşa uğurla başa çatıb.
Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin bildirdiyinə görə, yaradıcı kollektiv apreldə ispan dramaturqu Migel de Servantesin “Don Kixot” əsəri üzərində məşqlərə başlayacaq.
Xatırladaq ki, Şəki Dövlət Dram Teatrı 2014-cü il ərzindəki uğurlu fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən “Zirvə” mükafatına layiq görülüb.

Keçidlər