Şəkidə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir
07 aprel 2015 | 15:00
Aprel ayının 6-da Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin “Ginekologiya və Perinatalogiyanın İnkişafına Dəstək” İB ilə birgə həyata keçirdikləri reproduktiv sağlamlıqla bağlı layihə çərçivəsində Şəki şəhərində tədbir keçirilmişdir.
Şəki MRX-nın akt zalında keçirilən tədbirdə reproduktiv sağlamlıq, onun aspektləri barədə ətraflı məlumatlar verilmiş, tədbir iştirakçılarının maraqlandırdığı suallar cavablandırılmışdır.
Tədbirdə iştirakçılara “Qadın reproduktiv sağlamlığının sirləri” adlı buklet paylanmışdır.