Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu keçirilir

14 dekabr 2012 | 16:00

Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu keçirilir.
Müvafiq qurumların, Milli Məclis deputatlarının, təhsil işçilərinin, ayrı-ayrı ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri simpoziumda Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, təhsil nazirinin müavini Qulu Novruzov və digər çıxış edənlər Xalq Şairi, görkəmli alim və pedaqoq Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından söhbət açmış, elm və təhsilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışmışlar.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
 

Keçidlər