Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçirilib

08 aprel 2015 | 15:00

Aprelin 7-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Əhməd Orucoğlunun “Oğru” komediyası əsasında səhmələşdirilmiş eyniadlı tamaşanın premyerası keçirilib.
     Premyerada şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, sənətsevərlər, qonaqlar iştirak ediblər.
    Tamaşanın quruluşçu rejissoru Əbülfət Salahov, rəssamı Tural Möyüfov, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Briliant Musayeva, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa ediblər. Yeni tamaşa böyük maraqla qarşılanmışdır.
     Qeyd edək  ki, teatrın yaradıcı kollektiv bu yaxınlarda ispan dramaturqu Migel de Servantesin “Don Kixot” əsəri üzərində məşqlərə başlayacaq.

Keçidlər