Şriftin ölçüsü :

Saytın rəngi :

“Bölgələrdən paytaxta” layihəsinin budəfəki qonağı Şəki olacaq

17 aprel 2015 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.
Layihə çərçivəsində növbəti tədbir Şəkiyə həsr olunub.
Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.
Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və Şəkinin adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

Keçidlər