Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəki - Məftun edən şəhər” kitabının təqdimatı olmuşdur

20 aprel 2015 | 15:00

Aprelin 17-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə "Milli irs-2015" mükafatının və "İRS" silsiləsi çərçivəsində nəşr edilmiş Şəkinin maddi və mənəvi irsinə həsr olunmuş "Məftun edən şəhər" adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
     Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbəri Samir Nuriyev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalça Muzeyinin binası qarşısında birinci Avropa Oyunlarına həsr olunmuş fleşmoba tamaşa ediblər. Sonra Azərbaycanın tarixi irsi haqqında videoçarx nümayiş olunub.
   Mərasimi açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün dünya mədəniyyəti üçün böyük əhəmiyyət daşıdığını, Azərbaycan xalqının öz mədəni irsini yüksək qiymətləndirdiyini bildirib, Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanılması və təbliği ilə bağlı gördüyü işləri xüsusi vurğulayıb.
    Tədbirdə Şəkinin maddi və mənəvi irsinə həsr olunmuş “Məftun edən şəhər” kitabının təqdimatı  keçirilib. Bildirilib ki, bu kitab həm region, həm bütövlükdə dünya üçün böyük əhəmiyyət daşıyan hadisələrlə sıx bağlı olan Azərbaycanın qədim tarixindən bəhs edir.
    Sonda  "Milli irs-2015" mükafatının təqdimat mərasimi keçirilib. Qalibər üç nominasiyada mükafatlandırılıblar. Bundan əlavə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomları və pul mükafatları təqdim olunub.

Keçidlər