Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc sənətkarların sərgisi

15 dekabr 2012 | 16:00

Şəkidə dekabrın 14-də Şəki şəhər Gənclər və İdman idarəsi və “Gənc novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə sərgi keçirilmişdir.
Gənc sənətkarların sərgisinin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimiz olan el sənətkarlığının gənclər arasında təbliği, gənc sənətkarların və onların əl işlərinin ictimaiyyətə çatdırılmasıdır.
Sərgidə 30-a yaxın gənc sənətkarın 300-dən artıq əl işi nümayiş olunmuşdur. Sərgidə həmçinin ali və orta ixtisas məktəblərində təhsil alan həvəskar gənclərin də əl işləri nümayiş olunub.
Sərginin sonunda fəal iştirak etmiş gənc sənətkarlara diplom və hədiyyələr verilmişdir.
 

Keçidlər