Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 110 mindən çox sakin tibbi müayinədən keçib

02 may 2015 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, ölkə əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Şəkidə də uğurla başa çatıb. Fevralın 2-də başlanan və mayın 1-dək davam edən aksiya çərçivəsində Şəki rayonu üzrə 18 yaşdan yuxarı 110 min 680 nəfər sakin tibbi müayinədən keçib.
Bu barədə AZƏRTAC-a Şəki şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məlumat verib.
O bildirib ki, tibbi müayinələrə rayonun 71 yaşayış məntəqəsinin sakinləri cəlb olunub. Əhali insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edib, tibb ocaqlarına üz tutaraq müayinə olunub, həkimlərdən dəyərli məsləhətlər alıblar. Müayinədən keçənlərin 11 min 914 nəfərinə ambulator müalicə təyin edilib, 477 nəfər stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, 98 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib.
Aksiyanı yüksək dəyərləndirən Şəki sakinləri bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər