Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

08 may 2015 | 15:00

May ayının 7-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə ilə bayram tədbiri keçirilib. 
    Tədbirdə çıxış edənlər müharibə veteranlarını əlamətdar gün münasibətilə təbrik edərək onlara xoş arzularını bildiriblər.
     Qeyd olunub ki, faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqı kimi, Şəkinin mərd oğul və qızları da böyük rəşadət göstərib, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Ön cəbhələrə yola salınan 15 minə yaxın şəkili döyüşçülərin yarıdan çoxu müharibədən geri qayıtmayıb. Hazırda rayonda 27 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. 
     Bildirilib ki, bəşəriyyəti şər qüvvələrdən, qorxulu fəlakətlərdən xilas edən insanlar hər zaman ehtirama layiqdirlər. Böyük Vətən müharibəsi iştirakçılarına dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir, onlara birdəfəlik yardımlar, minik avtomobilləri verilir, sağlamlıqlarının qeydinə qalırlar.
    Tədbirdə ötən 1941-1945-ci illərin kadrları canlandırılıb, ədəbi-bədii səhnələr nümayiş etdirilib, vətənpərvərlik mövzusunda mahnı və şerlər səsləndirilib.

Keçidlər