Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Şəkidə şimal-qərb bölgəsi sakinlərini qəbul edib

14 may 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Mayın 14-də səhiyyə naziri Oqtay Şirəliyev Şəki Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Qəbul zamanı Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları sakinlərinin müraciət, şikayət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən sağlamlıq problemləri, tibb müəssisələrində müalicə almalarına kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Nazir Oqtay Şirəliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb.
Vətəndaşlar problemlərinin həllinə göstərdiyi köməyə görə nazirə təşəkkür ediblər.
Sakinlər dövlət qurumlarının rəhbərləri tərəfindən yerlərdə mütəmadi olaraq keçirilən qəbulları yüksək qiymətləndirib, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər