Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə indiyədək 3800 hektar arpa sahəsinin məhsulu yığılıb

09 iyun 2015 | 15:00

Respublikanin ən iri taxılçılıq rayonlarından olan Şəkidə bir neçə gündür taxıl biçininə başlanılıb.
Rayonun Turan qəsəbəsi, Şəkikənd, Suçma, Kiçik və Böyük Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda hələlik arpa biçilir. İlk günlər 3800 hektara yaxın arpa sahəsi biçilib, 9500 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil edir. Bu göstərici ötən illə müqayisədə 4-5 sentner yüksəkdir.
Xatırladaq ki, ötən ilin payızında rayonda 2015-ci ilin məhsulu üçün 61 min 231 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 39 min 144 hektarını buğda, 21 min 917 hektarını arpa, qalanını isə xəsillik arpa sahələri təşkil edir.
Taxıl biçininin mütəşəkkil qaydada başa çatdırılması üçün fermerlər tərəfindən bütün zəruri tədbirlər görülüb, texnikalar saz hala gətirilib. Biçin kampaniyasına, ümumilikdə 60 təzə, 40 köhnə kombayn, həmçinin 69 küləş presləyən aqreqat, 210 şum traktoru, məhsulun sahələrdən daşınması üçün 300-dək yük maşını, traktor və qoşqu cəlb olunub.

Keçidlər