Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl sahələrində orta məhsuldarlıq ötən ilə nisbətən iki dəfə artıb

29 iyun 2015 | 15:00

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası mütəşəkkil qaydada davam edir.
Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu günədək rayonda 25 min hektara yaxın sahənin məhsulu biçilib, 70 min tonadək taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 28 sentner təşkil edir. Ötən il isə rayon üzrə orta məhsuldarlıq 12 sentner olub.
Xatırladaq ki, bu mövsümdə rayonda 61 min 233 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Fermerlər yetişdirdikləri məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.

Keçidlər