CNN telekanalı Şəki haqqında reportaj hazırlamışdır
21 dekabr 2012 | 16:00
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Amerikanın nüfuzlu CNN telekanalı arasında əməkdaşlıq çərçivəsində ölkəmizin ən qədim şəhərlərindən biri olan Şəki haqqında reportaj hazırlanmışdır.
Reportajda tarixi Böyük İpək Yolunda yerləşən Şəkinin turizm potensialından, zəngin tarixindən və mədəniyyət abidələrindən, sənət nümunələrindən və təbii resurslarından bəhs olunur.
CNN telekanalı qeyd edir ki, sovet dövründə Şəki regionun ipək istehsalı mərkəzi olmuşdur. Hazırda ipək istehsalı müasir texnologiyalarla həyata keçirilir. Reportajda Şəki sakinlərinin qonaqpərvərliyindən və xüsusi yumor hissindən danışılır.