Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şirniyyat festivalı keçiriləcək

03 iyul 2015 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə iyulun 20-də Şəkidə ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək.
AMKA-nın prezidenti, UNESCO-nun ənənəvi qida komitəsinin sədri Tahir Əmiraslanov AZƏRTAC-a bildirib ki, festivalda Azərbaycanın 25 bölgəsinin, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və digər ölkələrin kulinarları milli şirniyyatlarını təqdim edəcəklər.

Keçidlər