“İpək yolu” festivalı Azərbaycanın tolerant ölkə kimi tanınması baxımından böyük əhəmiyyət kəsb edir
Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalına Saatlı rayonundan qatılmışıq. Çox şadıq ki, ahısqa türklərini təmsil edən “Karvan” folklor kollektivi də bu nüfuzlu festivala dəvət alıb. Festivaldan böyük təəssüratla ayrılırıq. Çünki burada Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların mədəniyyəti, milli musiqisi və rəqsləri ilə yaxından tanış olduq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ahısqa türklərinin folklor kollektivinin rəhbəri Bəylər Əliyev deyib.
“İpək yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə təşkil edildiyini vurğulayan kollektivin rəhbəri bildirib ki, belə festivallar Azərbaycanın beynəlxalq aləmdə tolerant ölkə kimi tanınması baxımından da böyük əhəmiyyət kəsb edir. Bu festival Azərbaycanın multikultural dəyərlərini bütün dünyaya bir daha sübut etdi.