Şriftin ölçüsü :

Saytın rəngi :

Tatar Mədəniyyət Cəmiyyətinin sədri: Azərbaycan bizim doğma Vətənimizdir

04 iyul 2015 | 15:00

“Tuqan tel” Tatar Mədəniyyət Cəmiyyəti 1989-cu ildə yaradılıb. Ansamblımız isə 1996-cı ildən fəaliyyət göstərir. Kollektivimizin üzvlərinin orta yaşı 75-80 təşkil edir. Yaşlarının çox olmasına baxmayaraq, onlar gənclərdən heç də geri qalmır, mahnı oxuyur, rəqs edirlər.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının iştirakçısı, “Tuqan tel” Tatar Mədəniyyət Cəmiyyətinin sədri, folklor ansamblının rəhbəri Gülcan Masoutova jurnalistlərə müsahibəsində bildirib.
Cəmiyyətin sədri deyib: “Festivala dəvət olunduğumuza görə çox şadıq. Doğrudur, əvvəllər də Bakıda və Rusiyada keçirilən bir çox festivallarda iştirak etmişik, laureat olmuşuq. Lakin bu festival digərlərindən fərqlənir. Çünki burada Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri toplaşıblar. Biz özümüzü heç də azsaylı xalq saymırıq. Çünki burada doğulmuşuq. Azərbaycan bizim doğma Vətənimizdir. Bizim övladlarımız da gələcəkdə burada yaşayacaq, dövlətimiz üçün çalışacaqlar”.

Keçidlər