Şəkidə taxıl sahələrində orta məhsuldarlıq əvvəlki illə müqayisədə 18 sentner artıb
11 iyul 2015 | 15:00
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir.
Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək 55 min 71 hektar sahənin məhsulu biçilib, 165 min tondan artıq taxıl istehsal olunub. Tədarük olunan taxılın 100 min tondan çoxu buğdadır. Hər hektardan orta məhsuldarlıq əvvəlki illə müqayisədə 18 sentner artaraq, 30 sentner təşkil edir.
Hələlik rayonun təsərrüfatlarında 6 min hektar biçilməmiş taxıl sahəsi qalıb. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər. Biçin kampaniyasının 4-5 günə yekunlaşacağı gözlənilir.