Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili gənclər ordu sıralarına yollanıblar

13 iyul 2015 | 15:00

İyulun 13-də Şəki şəhərində çağırışçı gənclərin hərbi xidmətə növbəti yolasalma mərasimi keçirilib.
Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhərin mərkəzindəki parkda keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra respublikamızda ordu quruculuğu sahəsində böyük dəyişikliklər baş verib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində hazırda Milli Ordumuz hazırlıq, texniki təchizat, silah baxımından nəinki regionun, eləcə də dünyanın ən qabaqcıl orduları sırasındadır.
Mərasimdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, ziyalılar, valideynlər çıxış edərək, müstəqil ölkəmizin ordusunda xidmət etməyin şərəfli və müqəddəs vəzifə olduğunu vurğulayıb, gənclərə işğal altında olan ərazilərimizi düşməndən azad etmək üçün hərbi biliklərə daha dərindən yiyələnməyi tövsiyə edib, onlara xeyir-dua veriblər.
Sonra çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşüblər.

Keçidlər