Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə iftar süfrəsi təşkil olunmuşdur

15 iyul 2015 | 15:00

Müqəddəs Ramazan ayı münasibətilə iyulun 14-də “Shaki Palace” otelində AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunmuşdur.
Dini icma sədrlərinin, imam və axundların, rayon ağsaqqallarının, eyni zamanda şəhər rəhbərliyinin və AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələrinin qatıldıqları mərasimdə çıxış edən AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu cür tədbirlərin Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər, Ramazan orucunun mənəvi mahiyyətindən, dini maarifləndirmə sahəsində görülən işlərdən danışıblar.
Sonra Qurani-Kərimdən ayələr oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar səsləndirilmişdir.
Mərasimdə iştirak edənlər iftar süfrəsinin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər