Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-nin Şimal-qərb Regional Mərkəzi Şəkidə müşavirə keçirib

16 iyul 2015 | 15:00

İyulun 16-da Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında mülki müdafiə məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
    “Mülkü müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda keçirilən tədbirdə  Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, idarə və təşkilat rəhbərləri, sahə, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.
     Müşavirədə təhlükənin baş vermə ehtimalı ilə bağlı məlumatların vaxtında aidiyyatı üzrə çatdırılması, bu sahədə hər kəsin üzərinə düşən vəzifənin çevik yerinə yetirilməsi, fövqəladə hallar mövzusunda intensiv maarifləndirmənin aparılması və digər məsələlər ətrafında müzakirələr aparılıb, “Mülkü müdafiə tədbirlərinin planlaşdırılması və əhalinin mülki müdafiə hazırlığının təşkili”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı dövründə yanğın təhlükəsizliyi qaydalarının təmin olunması” və sair mövzular ətrafında çıxışlar olub.
   Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

Keçidlər