Şriftin ölçüsü :

Saytın rəngi :

Tahir Əmiraslanov: Şəki gələcəkdə nəinki Azərbaycanın, eləcə də dünyanın şirniyyat mərkəzinə çevriləcək

21 iyul 2015 | 15:00

Şəkidə keçirilən ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı uğurla başa çatdı. Festivalda 11 xarici ölkədən, həmçinin Azərbaycanın 21 şəhər və rayonundan şirniyyatçılar iştirak etdilər. Festivalın münsiflər heyətində xarici ölkələrdən məşhur insanların təmsil olunması onu göstərir ki, Şəki gələcəkdə nəinki Azərbaycanın, eləcə də dünyanın şirniyyat mərkəzinə çevriləcək.
Bu fikirləri Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov jurnalistlərə müsahibəsində deyib.
Mərkəzin direktoru bildirib ki, artıq bu istiqamətdə müəyyən işlər görülür. O deyib: “Bu gündən Şəki rəsmi qaydada daimi olaraq Azərbaycanın milli ənənəvi şirniyyat paytaxtı elan olunur. Yaxın illərdə Şəkidə tapılan və 3700 il yaşı olan samovara abidə qoyulması planlaşdırılır. Bundan əlavə, Şəkidə milli şirniyyat muzeyinin yaradılması ilə bağlı layihə də hazırlanır. Əminəm ki, 3-4 ildən sonra Şəki rəsmi olaraq dünyanın şirniyyat paytaxtı adını əldə edəcək. İnanıram ki, ad alandan sonra dünyanın şirniyyat firmaları öz məhsullarının üzərinə vurmaq üçün Şəkinin möhürünü, brendini almağa çalışacaqlar”.

Keçidlər