Son üç ildə Şəkidə 10 uşaq bağçası əsaslı təmir olunub və ya yenidən tikilib
24 iyul 2015 | 15:00
Respublikamızın hər yerində olduğu kimi, Şəkidə də məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük qayğı göstərilir. Təkcə son 3 ildə Şəkidə 10 uşaq bağçası əsaslı təmir olunub və ya yenidən tikilib.
Hazırda Şəki şəhərində Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hər biri 100 yerlik 2 uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, şəhərdəki 19 saylı uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir. Bu uşaq bağçalarının cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda 11 saylı uşaq bağçasının təmiri ilə bağlı layihələndirmə işləri də aparılır.