Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

08 mart 2026 | 07:51
8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların cəmiyyətin inkişafında oynadığı mühüm rolu, onların hüquq və azadlıqlarının qorunmasını və qadın əməyinin dəyərləndirilməsini ifadə edən əlamətdar günlərdən biridir.
Azərbaycanda Beynəlxalq Qadınlar Günü uzun illərdir böyük hörmət və ehtiramla qeyd olunur. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Şəki Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Qüdrət Babayev qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər, onlara cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, Azərbaycan qadınları tarix boyu cəmiyyətin müxtəlif sahələrində – elm, təhsil, səhiyyə, mədəniyyət, siyasət və digər istiqamətlərdə mühüm nailiyyətlər əldə etmişlər. Onlar ölkənin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəslin yetişdirilməsinə böyük töhfələr vermişlər.
Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətində qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qadınların ictimai-siyasi həyatda fəal iştirak etməsi üçün geniş imkanlar yaradılmışdır. Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, elmi müəssisələrdə və müxtəlif beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərirlər.
Keçidlər