Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir
Avqustun 4-də şəhər icra hakimiyyətinin akt zalında Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
İclasda Şura üzvləri ilə yanaşı şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Şəki şəhər icra hakimiyyəti başçısının sahə, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, qeyri-hökumət təşkilatlarının və KİV-in nümayəndələri iştirak etmişdir.
İclası giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmış və gündəlikdə duran məsələlər haqqında məlumat verilmişdir.
İclasda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri F.Əliyev Şəki rayonunda mövcud torpaq ehtiyatlarından səmərəli istifadə olunması vəziyyəti haqqında, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən N.İsmayılov isə Şəki şəhərinin mənzil – kommunal təsərrüfatı məsələlərinin müzakirəsi haqqında məruzə etmişlər. Sonra müzakirə olunan məsələlər ətrafında çıxışlar olmuşdur.
İclasda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildirmiş, müvafiq tövsiyə və tapşırıqlar vermişdir.
Tədbirin sonunda Azərbaycan Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi Tərlan İsmayılova medal təqdim olunmuşdur.