Şəkidə ilk dəfə “Nağara 2015” Beynəlxalq zərb alətləri festivalı keçiriləcəkdir
Cari ilin 22-26 avqust tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyətinin və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “Nağara 2015” Beynəlxalq zərb alətləri festivalı keçiriləcəkdir.
Şəki şəhərində keçiriləcək Festivala Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan da məhşur ritm ifaçıları qatılacaqlar. Adıçəkilən festivalda Azərbaycanı “Natiq-ritm” qrupu, Türkiyəni tanınmış “İstanbul Harem” qrupu, İranı “Lian” qrupu, Özbəkistanı isə məhşur Abbos Kosimovun ritm kollektivi təmsil edəcəkdir.
Beş gün davam edəcək və “Yay teatrı”nda baş tutacaq konsert proqramları ilə yanaşı “Karvansaray”da məhşur ritm ifaçılarının ifa etdikləri zərb alətləri üzrə ustad dərsləri də keçiriləcəkdir.