Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstanın “Standart” qəzetində “Şəki – Qabrovonun qardaşı” adlı məqalə dərc edilib

13 avqust 2015 | 15:00

Bolqarıstanın “Standart” qəzetində Bakıda keçirilmiş III Beynəlxalq Humanitar Forumun iştirakçısı, jurnalist Olia Al Ahmedin “Şəki - Qabrovonun qardaşı” adlı məqaləsi dərc edilib.
Müəllif məqalədə Şəkinin Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmasından, üç il əvvəl ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qabrovoya səfər etməsindən söhbət açır.
Məqalədə Şəkinin qədim tarixi barədə ətraflı məlumat verilir. Jurnalist Şəkiyə səfər edən hər bir turistin şəhər haqqında ağızdolusu danışdıqlarını diqqətə çatdırır. Olia Al Ahmed Şəkinin tarixi abidələrinin qorunub saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mühüm rolunun olduğunu, hazırda bu şəhərdəki tarixi abidələrin və görməli yerlərin bərpası işlərinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi diqqət ayırdığını vurğulayır. O, hazırda Şəkinin inkişaf dövrünü yaşadığını qeyd edir.
Dünyada analoqu olmayan Şəki xanlarının sarayının 250 illiyinə həsr olunan yubileyin təntənəli şəkildə keçirildiyi bildirilən yazıda milli memarlığın əsrarəngiz incisi olan bu məkana turistlərin çox üz tutduğu diqqətə çatdırılır.
Məqalədə oxuculara Şəkidəki Yuxarı Karvansaray və Aşağı Karvansaray, burada sənətkarlığın müxtəlif növləri haqqında da məlumat verilir.

Keçidlər